İraq məhkəməsi Trampın həbsi haqqında qərar çıxarıb

  • Space TV
  • 7 Yanvar 2021 15:39

İraq məhkəməsi ABŞ prezidenti Donald Trampın həbsi barədə qərar çıxarıb.

Spacetv.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, qərar Haşdi Şabi təşkilatının sədr müavini Əbu Mehdi Mühəndis və yoldaşlarının öldürülməsi işi üzrə aparılan istintaq çərçivəsində qəbul edilib.

Xatırladaq ki, ötən ilin yanvarın 3-də ABŞ-ın Bağdad hava limanı yaxınlığına endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymani və Əbu Mehdi Mühəndis zərərsizləşdirilmişdi.

Paylaş

 Xəbəriniz olsun