İranlı generalın qətlindən sonra amerikalılar İraqı tərk etməyə başladı

  • Space TV
  • 4 Yanvar 2020 15:40

İraqın neft təsisatlarında işləyən amerikalılar ölkəni tərk etməyə başlayıblar.

SPACE TV İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin yaydığı məlumatda bildirilib.

Bundan əvvəl nüfuzlu “Reuters” agentliyi İraqda işləyən bütün əcnəbilərin ölkədən çıxmaq istədiyini yazmışdı.

İraqın Neft Nazirliyi isə xəbəri təkzib edərək bildirib ki, yalnız amerikalılar İraqdan çıxırlar.

Qeyd edək ki, yanvarın 3-də ABŞ-ın raket zərbələri nəticəsində SEPAH komandanı Qasım Süleymani Bağdad hava limanında ölüb.

Paylaş

 Xəbəriniz olsun