İranlı generalın öldürülməsindən sonra ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

  • Space TV
  • 3 Yanvar 2020 11:25

ABŞ hökuməti İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra ölkənin silahlı qüvvələrinə ayıq olmağı əmr edib.

Bu barədə “Fox News” xəbər yayıb.

Qeyd edilir ki, İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin ölümündən sonra hökumət rəsmiləri ordunun hazır vəziyyətə gətirildiyini bildirib.

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp generalın öldürüldüyünə dair xəbərlərin ardından ABŞ bayrağını “Twitter”də qeyd yazmadan yerləşdirib.

Paylaş

 Xəbəriniz olsun