İranlı generalın öldürülməsi xəbəri neftin qiymətini bahalaşdırdı

  • Space TV
  • 3 Yanvar 2020 11:22

İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi xəbəri fonunda “qara qızıl”ın qiyməti bahalaşıb.

SPACE TV xəbər verir ki, mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb.

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.

Paylaş

 Xəbəriniz olsun