İranlı generalın öldürülməsi müharibənin başlanğıcı ola bilər – Senatordan etiraf

  • Space TV
  • 3 Yanvar 2020 10:28

Bağdadda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymaninin öldürülməsi Yaxın Şərqdə yeni müharibəyə səbəb ola bilər. 

Bu barədə amerikalı senator Kris Merfi özünün “Twitter ” səhifəsində yazıb.

Onun sözlərinə görə, Süleymani birmənalı olaraq ABŞ-ın düşməni olub.

“Sualı başqa cür qoymaq lazımdır: Amerika təsir gücünə görə İranın ikinci şəxsini Konqressin icazəsi olmadan öldürərkən irimiqyaslı regional müharibəni başlaya biləcəyini həqiqiqətən  anlayırdımı?” – senator qeyd edib.

Daha öncə bildirilmişdi ki, Süleymani Bağdad hava limanında  İraqın şiə qoşunlarının komandan müavini əbu Məhdi əl-Muhəndislə görüşü zamanı aviazərbə nəticəsində qətlə yetirilib. ABŞ tərəfi əl-Muhəndisi Amerika səfirliyinə hücumda ittiham edir.

Paylaş

 Xəbəriniz olsun