İranın XİN başçısının sabiq müşaviri koronavirusdan öldü

  • Space TV
  • 6 Mart 2020 11:02

İranın sabiq diplomatı və parlamentin keçmiş üzvü Hüseyn Şeyxüli koronavirusdan ölüb.

SPACE TV  xəbər verir ki, o, müxtəlif vaxtlarda İranın Suriyadakı səfiri vəzifəsində çalışıb. Hüseyn Şeyxülislam həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin müşaviri olub.

İranda koronavirusa yoluxanların sayı 3 513 nəfərə çatıb. Ölkənin 107 sakini virusdan ölüb, daha 739 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Paylaş

 Xəbəriniz olsun