İranın və Rusiyanın hərbi dəniz qüvvələri Sakit okeanda birgə təlim keçirəcəklər

  • SpaceTV
  • 4 Sentyabr 2019 12:47

İranın və Rusiyanın hərbi dəniz qüvvələri Sakit okeanda birgə təlim keçirəcəklər. Space TV Xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif məlumat verib.

Moskvada səfərdə olan Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra mətbuata açıqlama verib. O qeyd edib ki, İranın və Rusiyanın hərbi dəniz qüvvələri Fars körfəzində və Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məqsədilə birgə addımlar atacaqlar.

Körfəz ölkələrinin və ABŞ-ın bu məsələyə münasibəti hələlik bəlli deyil.

Paylaş

 Xəbəriniz olsun