İranın parlament heyəti Bakıda səfərdədir – FOTO

  • Space TV
  • 16 Fevral 2021 12:39

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Bu barədə İranın Bakıdakı səfirliyindən məlumat verilib.

İran parlamentinin nümayəndə heyətinin Azərbaycanlı rəsmilərlə və millət vəkilləri ilə görüşü nəzərdə tutulur. Nümayəndə heyətinin sabah Naxçıvan Muxtar Respublikasına da səfəri planlaşdırılır. İran səfirliyi bildirir ki, bir çox tarixi və mədəni ortaqlıqları nəzərə alaraq Azərbaycan ölkəsinin xarici siyasətində xüsusi yeri tutur:

“İran parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri də dost və qardaş ölkə ilə bu istiqamətdə dəyərləndirilir. İranın nümayəndə heyətinin bu səfərinin parlamentlərarası əməkdaşlıqların, ikitərəfli münasibətlərin daha da inkişafı üçün lazımi bazanı yaradacağına ümid edilir”.

Paylaş

 Xəbəriniz olsun