İranın neft kəmərində yanğın oldu

  • Space TV
  • 14 Dekabr 2020 09:46

İranın Çaharmahal-Bəxtiyari əyalətində neft borularında çatlama yanğına səbəb olub. 

Spacetv.az İRNA-ya istinadən xəbər verir ki, hadisədə xəsarət alan olmayıb.

Yanğınsöndürmə işlərinin hələ də davam etdiyi bildirilir. 

Qeyd olunur ki, neft borusundakı çatlağın böyüklüyü səbəbindən təhlükəsizlik tədbirləri bir neçə saat davam edəcək.

Paylaş

 Xəbəriniz olsun