İranın keçmiş səfiri koronavirusdan öldü

  • Space TV
  • 29 Fevral 2020 14:07

İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi koronavirusdan ölüb.

SPACE TV İran mediasına istinadən xəbər verir ki, o, virusun yayıldığı Qum şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan indiyə kimi ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır.

Paylaş

 Xəbəriniz olsun