İranın dövlət kanalında Trampla bağlı şok elan

  • Space TV
  • 6 Yanvar 2020 10:18

İranın dövlət televiziyası ABŞ Prezidenti Donald Trampın başına 80 milyon dollar məbləğində mükafat qoyulması barədə elan verib.

SPACE TV-in məlumatına görə, bu barədə “Lenta.ru” saytı Britaniyanın “The Mirror” tabloidinə istinadən xəbər verib.

Televiziyada deyilənə görə, 80 milyonluq İranın hər bir sakinindən bir dollar yığıb amerikalı lideri öldürəcək şəxsə vermək olar.

Bu, yanvarın 3-də ABŞ tərəfindən öldürülən İran generalı Qasım Süleymaninin vida mərasiminin canlı yayımı zamanı televiziyanın şərhçisi tərəfindən deyilib. 

Paylaş

 Xəbəriniz olsun