İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq

  • SpaceTV
  • 1 Dekabr 2020 15:53

İranın nüvə və raket sistemləri üzrə alimi, Müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı dekabrın 2-dən səfirliyin Bünyad Sərdarov küçəsi, 4 ünvanında yerləşən binasında başsağlığı kitabı açılacaq.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Spacetv.az-a verilən xəbərə görə, bağsağlığı kitabı dekabrın 2-də (14:00 – 16:00), 3-də (10:00 – 12:00; 14:00-16:00) və 4-də (10:00 – 12:00; 14:00 – 16:00) açıq olacaq.

Xatırladaq ki, Möhsün Fəxrizadə noyabrın 27-də sui-qəsd nəticəsində qətlə yetirilib.

Paylaş

 Xəbəriniz olsun