“İranı Suriyadan məcburi çıxaracağıq” – İsrail Müdafiə naziri

  • SpaceTV
  • 29 Aprel 2020 13:46

İsrail Müdafiə Naziri Naftali Bennet Suriyadakı İranın dəstəklədiyi qruplara mənsub 4 əsgər və 3 sivil şəxsin öldüyü hava hücumu ilə bağlı yazılı açıqlama yayıb.

SPACE TV  xəbər verir ki, Bennet İranı Suriyadan çıxarmaq niyyətində olduqlarını qeyd edib:

“İranın Suriyaya yerləşməsinə mane olmaq strategiyasından məcburən oradan çıxarmaq yoluna keçdik və bundan geri dönməyəcəyik. Sərhədlərimizdə strateji təhdidlərin böyüməsinə icazə verməyəcəyik”.

Paylaş

 Xəbəriniz olsun