İrandan qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

  • Space TV
  • 29 Fevral 2020 15:38

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Nazirlər Kabineti yanın operativ qərargahdan SPACE TV-a verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib

Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Paylaş

 Xəbəriniz olsun