İrandan Azərbaycana məhsul ixracı üçün FƏRQLİ METOD

  • Space TV
  • 9 Mart 2020 11:01

İrandan Azərbaycana məhsul ixracı üçün fərqli metod yaradılıb.

SPACE TV xəbər verir ki, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Bu barədə trend İranın Gömrük Administrasiyasına istinadən məlumat verib.

R.Lətifinin sözlərinə görə, İran yük maşınları Azərbaycana daxil olmadan gömrük ərazisində yükləri Azərbaycanın yük maşınlarına təhvil verə bilərlər.

Lətifi əlavə edib ki, yüklər Azərbaycana məxsus yük maşınlarına yükləndikdən sonra İran yük maşınları geri qayıdacaqlar.

Gömrük rəsmisi bildirib ki, Rusiya istiqamətində İranın məhsullarını aparan yük maşınları isə Azərbaycan ərazisindən keçə biləcəklər.

Paylaş

 Xəbəriniz olsun