İrandan Azərbaycana gələn şəxslər xəstəxanaya belə aparıldı

  • SpaceTV
  • 27 Fevral 2020 11:19

Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsi üçün 29 nəfər daxil olub.

SPACE TV bildirir ki, həmin şəxslərin xəstəxanaya gətirilməsinin görüntülərini əldə edilib.

Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Qeyd edək ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun