İrandan Azərbaycana gələn Ağdaş rayon sakini virusa yoluxma şübhəsi ilə karantinə alınıb.

  • Space TV
  • 29 Fevral 2020 16:11

28 fevral tarixində Ağdaş rayon Abad kənd sakini, 39 yaşlı Sahil Nuraliyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasının təcili – tibbi yardım şöbəsinə cağırış edib. Sahil Nuralıyevin ünvanına gedən həkim briqadası lazımı tibbi yardım etdikdən sonra o, bir neçə gün öncə İran İslam respublikasından Azərbaycana gəldiyini bildirib. Dərhal həkim briqadası Sahil Nuralıyevi Ağdaş rayon mərkəzi xəstəxanasına gətirərək, yoluxucu xəstəliklər  şöbəsinə yerləşdirib.

Qeyd edək ki, Koronavirusa yoluxma təhlükəsində şübhəli bilinən  Sahil Nuralıyev xəstəxanaya yeşləşdikdən 14 sonra evə buraxılacaq.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun