İranda zəlzələ olub

  • Space TV
  • 30 Noyabr 2019 10:50

İranın Xuzistan vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

SPACE TV xəbər verir ki, noyabrın 29-da yerli vaxtla saat 20:50-də baş verən zəlzələnin episentri Xuzistan vilayətinin İzə rayonundan 22 kilometr məsafədə olub.

Bu zəlzələnin ardınca ötən gecədən səhərə kimi bölgədə 3.2, 4.3, 3.7, 2.7 bal gücündə avtorşoklar qeydə alınıb.

Məlumata əsasən, zəlzələ nəticəsində evlərə ziyan dəyib, 3 nəfər xəsarət alıb.

Bölgədə fövqəladə vəziyyət elan olunub. Bu gün səhər növbəsində məktəblərdə dərslər dayandırılıb.

Paylaş

 Xəbəriniz olsun