İranda zəlzələ oldu

  • Space TV
  • 8 Yanvar 2020 12:16

İranda “Buşehr” Atom Elektrik Stansiyasının (AES) yaxınlığında 4,9 və 4,5 maqnitudalı iki zəlzələ baş verib.

SPACE TV xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, 4,9 maqnitudalı zəlzələ Bakı vaxtı ilə səhər saat 06:20-da baş verib. Yeraltı təkanların episentri Bürazcan şəhərindən 10 km cənub-şərqdə olub, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. 4,5 maqnitudalı ikinci zəlzələ isə saat 07:19-da qeydə alınıb. Zəlzələnin episentri Bürazcan şəhərindən 17 km cənub-şərqdə yerləşib, zəlzələ ocağı yenə 10 km dərinlikdə olub.

Paylaş

 Xəbəriniz olsun