İranda təyyarənin qəzaya uğrama səbəbi MƏLUM OLDU

  • Space TV
  • 8 Yanvar 2020 11:02

Ukrayna sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi açıqlanıb.

SPACE TV-in məlumatına görə, Tehranın İmam Xomeyni Aeroportunun rəsmi nümayəndəsi İRNA agentliyinə bildirib ki, qəzaya təyyarənin mühərrikinin alışması səbəb olub.

Qeyd edək ki, göyərtəsində 180 nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

Qəza nəticəsində sağ qalan olmayıb.

Paylaş

 Xəbəriniz olsun