İranda son sutkada koronavirusdan 126 nəfər vəfat edib

  • Space TV
  • 22 Avqust 2020 14:24

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 126 nəfər vəfat edib.
Spacetv.az-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 20502 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2028 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 356792 nəfərə çatıb.

Ölkədə indiyədək xəstəlikdən 307702 nəfər sağalıb.

Paylaş

 Xəbəriniz olsun