İranda qırıcı təyyarə qəzaya uğrayıb

  • SpaceTV
  • 4 Avqust 2019 21:02

“SPACE.TV” RİA “Novosti”yə istinadən xəbər verir ki, İranın Buşehr əyalətində qırıcı təyyarə qəzaya uğrayıb.

Hadisə Tanqestan vilayətində baş verib. Təyyarədə iki pilot olub və onların hər ikisi sağ qalıb.

“Qəzaya texniki nasazlıq səbəb olub. Təyyarədə iki pilot olub, hər ikisi sağdır”, – deyə vilayət qubernatoru Əbdülhüseyn Rafiypur bildirib.

Paylaş

 Xəbəriniz olsun