İranda neft hasilatı artırılacaq

  • Space TV
  • 11 Yanvar 2021 15:32

İranda neft hasilatının artırılmasına dair səkkiz müqavilə imzalanıb.

Spacetv.az  xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin açıqlamasında qeyd olunub:

“Neft hasilatının potensialının saxlanılması və artırılması layihəsi çərçivəsində İran Milli Neft Şirkəti ilə ölkənin icraçı şirkətləri arasında 1,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilən səkkiz müqavilə imzalanıb”.

Bundan əvvəl prezident Həsən Ruhani son illər ixracatın kəskin azalmasına qarşı 2021-ci ildə gündəlik 2,3 milyon bareldən xeyli çox neft ixrac etmək niyyətində olduqlarını açıqlamışdı. Qeyd edək ki, həmin rəqəm ABŞ sanksiyaları qüvvəyə minəndən əvvəlki vəziyyəti əks etdirir.

İran parlamentinin plan və büdcə komissiyasının üzvü Cəfər Qədiri də cari il ölkədə 4,5 milyon neft və qaz kondensatı hasil etmək, bunun 2,3 milyonunu ixrac etmək nəzərdə tutulduğunu açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun