İranda MKİ əməkdaşına ölüm hökmü verilib

  • Space TV
  • 4 Fevral 2020 14:16

İranda Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluqda ittiham olunan şəxsə ölüm hökmü verilib.

TASS-ın məlumatına görə, bu barədə İran İislam Respublikasının Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmaili jurnalistlərə açıqlamasında bəyan edib. 

“MKİ-nin casuslarından biri olan Əmir Rəhimpura ölüm hökmü verilib. Ali Məhkəmə qərarı qüvvədə saxlayıb”, – deyə İsmaili bildirib.

O vurğulayıb ki, təqsirləndirilən şəxs İranın atom proqramı ilə bağlı informasiyanı ABŞ kəşfiyyatına ötürməyə cəhd edib.

Paylaş

 Xəbəriniz olsun