İranda koronavirusdan ölənlərin sayı artdı

  • SpaceTV
  • 24 Fevral 2020 14:15

Bütün dünyada 2500-dən çox insanın ölümünə səbəb olan yeni növ koronavirus (Covid-19) nəticəsində İranda ölənlərin sayı 12-ə yüksəlib.

SPACE TV “İRNA news”a istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı isə 47 olub. Ölkənin Səhiyyə naziri Səid Nəməki virusla bağlı Parlamentə bir hesabat verib. Bu rəqəmlər həmin hesabatda yer alıb.

Qeyd edək ki, artıq ölümcül virus Əfqanıstan, Bəhreyn və Küveytə də keçib.

Paylaş

 Xəbəriniz olsun