İranda koronavirusdan ölənlərin sayı 43-ə çatdı

  • Space TV
  • 29 Fevral 2020 14:59


İranda koronavirusdan ölənlərin sayı artıb.

SPACE TV xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 43 nəfərdir.

K.Cahanpur bildirib ki, infeksiya daşıyıcılarının sayı 593 nəfərdir.

Eyni zamanda, 123 nəfər koronavirusdan sağalıb.

Paylaş

 Xəbəriniz olsun