İranda koronavirusdan gündəlik ölüm sayı rekord vurdu

  • SpaceTV
  • 19 Oktyabr 2020 16:11

İranda pandemiya başlayandan bəri ilk dəfə bir gündə 300-dən çox koronavirus xəstəsi ölüb.

Spacetv.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

IRINN telekanalının efirində o, son sutkada 4 251 yeni yoluxma hadisəsinin aşkarlandığını, 337 nəfərin öldüyünü qeyd edib.

Bundan öncə koronavirus qurbanlarının əvvəlki gündəlik maksimum sayı 279 idi.

Bununla da ölkədə koronavirus infeksiyasının aşkarlandığı 19 fevral tarixindən bəri yoluxmuş insanların ümumi sayı 534 631 nəfərə, COVID-19 qurbanlarının sayı isə 30 712 nəfərə çatıb. 431 360 nəfər virusdan sağalıb.

Paylaş

 Xəbəriniz olsun