İranda koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayında artımın olması sərhəddə yerləşən cənub bölgəmizin insanları arasında narahatlığa səbəb olub

  • SpaceTV
  • 25 Fevral 2020 15:53

Xüsusilə də son günlər həqiqəti əks etdirməyən yalan məlumatlar dolaşır. Məsələ ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında olduq, iş rejimi adi qaydada davam edir və pasientlərdə koronavirus təhlükəsi yoxdur. Xəstəxanadan bildirildi ki, dezinformasiyada qeyd olunan müraciətlərin sayı həqiqəti əks etdirmir və müraciətlər qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəliklərlə əlaqədardır.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyətin stabil olduğu və heç bir şübhəli hal olmadığı bildirilib. Müəyyən şayiələr olsa da, rəsmi orqanların məlumatlarına inanmaq və süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etmək tövsiyə olunur.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun