İranda inqilabın 42-ci ildönümünün qeyd olunmasına başlanılıb

  • Space TV
  • 1 Fevral 2021 10:10

İranda Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi ilə 11 fevral 1979-cu ildə baş vermiş islam inqilabının 42-ci ildönümünün qeyd olunmasına başlanılıb.

Bayram tədbirlərinə ənənəvi olaraq Xomeyninin Tehrandakı məzarı başında, din xadimləri, hərbi və siyasi rəhbərliyin iştirakı ilə keçirilən ziyarət mərasimi ilə start verilib.

İnqilab şənliklərinin ilk günü İranın ali rəhbəri Əli Xamenei də Xomeyninin məzarını ziyarət edib.

Qeyd edək ki, hər il İranda 1 fevral Xomeyninin Parisdən qayıdışı və 11 fevral inqilabın elan edildiyi tarixlər arasındakı 10 gün müxtəlif bayram tədbirləri keçirilir. İnqilabın ildönümü adətən paytaxt Tehran və ölkənin digər şəhərlərində izdihamlı mərasimlərlə qeyd olunur.

Bu il isə ölkə prezidenti Həsən Ruhani yeni növ koronavirus səbəbiylə bayram təsbirlərinin nisbətə daha az iştirakçı ilə keçiriləcəyini bildirib.

Paylaş

 Xəbəriniz olsun