İranda güclü zəlzələ: otuzdan çox yaralı var

  • Space TV
  • 7 Sentyabr 2020 13:09

İranın şərqində baş verən zəlzələdə 30-dan çox insan xəsarət alıb.

Bazar ertəsinə keçən gecə İranın şərqindəki Gülistan ostanında baş verən zəlzələ nəticəsində ən az 34 nəfər yaralanıb.

Bu barədə ISNA agentliyi həkimlərə istinadən xəbər yayır.

17 nəfərin xəstəxanada olduğu qeyd edilir. Qalanlarına yerində yardım göstərilib.

Qeyd edək ki, episentri yerin 9 kilometr dərinliyində olan 5.1 bal gücündə zəlzələ Ramiyan şəhərinin ərazisində qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun