İranda güclü zəlzələ oldu

  • Space TV
  • 27 Dekabr 2019 10:18

İranın cənub-qərbində Buşehr Atom Elektrik Stansiyasından (AES) 50 kilometr aralıda 5,1 bal gücündə zəlzələ baş verib.

SPACE TV-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Buşehr şəhərindən 51,9 kilometr qərbdə, ocağı isə 38,3 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Paylaş

 Xəbəriniz olsun