İranda daşqın: 7 nəfər ölüb, 950 nəfər yaralanıb

  • Space TV
  • 7 Dekabr 2020 10:29

İranın cənubunda baş verən daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 950 nəfər xəsarət alıb.

Spacetv.az İRİB-yə istinadən xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2 nəfər Buşəhr əyalətində, 5 nəfər isə Hürmüzqan əyalətində təbii fəlakətin qurbanı olub. 950 nəfər xəsarət alıb, 40 nəfər təxliyə edilib.

Məlumata görə, son günlər Xuzistan, Fars, Buşehr və Hürmüzqan əyalətlərinə leysan yağışlar yağıb.

Qeyd edək ki, bu ilin aprelində İranda baş verən daşqınlar nəticəsində 20-dən çox insan ölmüşdü.

Paylaş

 Xəbəriniz olsun