İranda baş verən təyyarə qəzasında ölənlər arasında azərbaycanlı var? – RƏSMİ

  • Space TV
  • 8 Yanvar 2020 10:53

Azərbaycanın Tehrandakı Səfirliyindən verilən ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb.

Bunu SPACE TV -ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır.

Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərin hamısı həlak olub.

Paylaş

 Xəbəriniz olsun