Bu günlərdə Tehranda “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasından sonra ölkədə keçirilən etiraz aksiyaları zamanı 30-dək insan saxlanılıb.
SPACE TV “Tasnim”ə istinadən xəbər verir ki, Ali Məhkəmənin sözçüsü Qulamhüseyn İsmayılibu barədə bildirib: “Son hadisələrdə saxlanılanlar oldu, lakin onların dəqiq sayını söyləyə bilmərəm. İlkin məlumata görə 30 nəfərə yaxındır”.
O, saxlanılanlardan bəzilərinin məhkəmə araşdırmasından sonra azad edildiklərini söyləyib.