İranda avtobus aşdı – 18 nəfər yaralandı

  • SpaceTV
  • 28 Yanvar 2020 11:01

Səhər saatlarında İranın İsfahan vilayətində Tehran-Şiraz avtobusu aşıb.

SPACE TV – ın məlumatına görə , bunu İranın İsfahan vilayətinin fövqəladə hallar və təcili yardım üzrə idarəsinin müdiri Qəfur Rastin deyib.

Q.Rastin bildirib ki, səhər saat 4:40-da qeydə alınan qəza nəticəsində 9 nəfər həlak olub.

Rastin qəzada 18 nəfər də yaralandığını bildirib və əlavə edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəbin sürücünün yuxulu olması göstərilir.

Paylaş

 Xəbəriniz olsun