İran XİN rəhbəri erməni həmkarı ilə Qarabağı müzakirə etdi

  • Space TV
  • 30 Dekabr 2020 11:43

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Sani və erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub.

Bu barədə İran XİN məlumat yayıb.

İran XİN rəhbəri qətərli həmkarı ilə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.

Zərif Ayvazyanla telefon söhbətində isə Qarabağ məsələsinə toxunub. İran XİN rəhbəri Qarabağdakı müharibənin başa çatmasının region ölkələri arasında çoxşaxəli əməkdaşlığa zəmin yaratdığını vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun