İran XİN: “ABŞ sanksiyaları ləğv edənə qədər nüvə sazişi danışıqlarında olmayacaq”

  • Space TV
  • 22 Fevral 2021 15:35

“ABŞ İrana qarşı sanksiyaları ləğv edənə qədər nüvə sazişi iştirakçılarının danışıqlarında iştirak etmək hüququ yoxdur”.

TASS-ın məlumatına görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Hazırda ABŞ nüvə sazişinin iştirakçısı deyil ki, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə iclaslarda iştirak etsin”, – deyə S.Xətibzadə bildirib.

Diplomat qeyd edib ki, ABŞ Tehrana qarşı sanksiyaları aradan qaldırmayacağı halda, nüvə sazişi üzrə danışıqlarda iştirak edə bilməyəcək.

Paylaş

 Xəbəriniz olsun