”İran virusdan ölənləri gizlədir” – İsrail İranla bağlı filmdən görüntülər paylaşdı

  • SpaceTV
  • 3 Aprel 2020 11:31

İsrailin Baş naziri Benyamin Netanyahu, Nazirlər Kabinetinin iclası zamanı İranı günahlandırıb.

SPACE TV xəbər verir ki, İsrailin baş naziri İranın koronavirusdan ölənlərin sayını gizlətdiyini iddia edib.O dediklərini isbatlamaq üçün 2007 ci ildə İranda çəkildiyi iddia edilən pandemiya seriyasından bir film nümayiş etdirib.

Filmdə yüzlərlə sarılmış cəsədin meyitlərlə dolu əraziyə boşaldığı əks olunur. Həmçinin xüsusi laboratoriyada virus təcrübələrinin aparıldığı nümayiş edilir.

Maraqlı məqam odur ki, iclasda bu filmi izləyənlərin heç biri görüntülərin orginal olub-olmaması ilə bağlı araşdırma istəməyib.

Sosial mediada sürətlə yayılan bu xəbərlərin ardından İranın Beynəlxaq Təhlükəsizlik Məsələləri Universitetinin uzmanı Raz Zimmit videonu saxta olduğunun fərqində olduqlarını bildirib.

”İsrail iddia edir ki,İran koronavirusdan ölənlərin əsl sayını gizlədib.Ümidvarıq belə kritik mövzularda İsrail baş naziri daha diqqətli davranar.Bu videonun doğruluğu hal-hazırda tərəfimizdən araşdırılır.”

Paylaş

 Xəbəriniz olsun