İran uranın zənginləşdirilməsi dərəcəsini artıracaq – Parlament qanun layihəsi qəbul etdi

  • SpaceTV
  • 1 Dekabr 2020 14:50

Bu gün İran parlamentinin qəbul etdiyi qanun layihəsi hökumət qarşısında nüvə təsisatlarında uranın zənginləşdirilməsi dərəcəsini artırmağa dair öhdəlik qoyub.

Spacetv.az xəbər verir ki, bu barədə İranın rəsmi IRIB agentliyi məlumat yayıb.

Qanun layihəsi 290 millət vəkilindən 248-nin lehinə səs verməsi nəticəsində qəbul edilib.

Qeyd edək ki, məlum qanun layihəsi iranlı nüvə alimi Möhsün Fəxrizadəyə qarşı hazırlanan sui-qəsdən sonra gündəliyə çıxarılmışdı.

Paylaş

 Xəbəriniz olsun