İran Ukrayna təyyarəsini səhvən vurub – ABŞ kəşfiyyatı faciənin detallarını AÇIQLADI

  • Space TV
  • 10 Yanvar 2020 17:29


Tehran aeroportu yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsi ilə bağlı yeni detallar üzə çıxıb.

SPACE TV ABŞ-ın CNN telekanalına istinadla xəbər verir ki, Boeing 737 sərnişin təyyarəsinə İran Hava Hücumundan Müdafiə Sisteminin buraxdığı 2 raket dəyib. Telekanalın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hərbi radar təyyarəni hədəf götürüb və buna görə onu vurub.

Boeing 737 təyyarəinin Rusiya istehsalı olan “yer-hava” raketləri ilə vurulduğu təxmin olunur. ABŞ kəşfiyyatının İran Hava Hücumundan Müdafiə Sisteminin səhvən “Ukrayna Hava Yolları”na aid təyyarəni hərbi hədəf seçdiyini düşünür.

Təyyarə qəzası yanvarın 8-i səhər saatlarında baş vermişdi.

Aviaqəza 176 nəfərin həyatına son qoyub. Hadisədən bir neçə saat əvvəl, İran İraqdakı ABŞ bazalarını raket atəşinə tutub. Rəsmi Tehran təyyarənin mühərrikində yanğın olduğunu elan etsə də, “Ukrayna Hava Yolları” təyyarənin uçuşdan öncə saz vəziyyərdə olduğunu elan etmişdi.

Paylaş

 Xəbəriniz olsun