İran: “Tehran ölkə küncə sıxışdırılacağı halda nüvə silahı əldə edə bilər”

  • Space TV
  • 9 Fevral 2021 16:57

“İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır, ancaq Tehran ölkə küncə sıxışdırılacağı halda nüvə silahı əldə edə bilər”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri İranın Kəşfiyyat naziri Mahmud Ələvi deyib.

O vurğulayıb ki, nüvə proqramından silah yaradılması üçün istifadə islam normalarına ziddir.

“Ancaq sizə deyim ki, əgər pişiyi küncə sıxışdırsanız, o zaman özünü azadlıqda olduğu kimi aparmaya bilər. Əgər İranı bu istiqamətdə sürükləsələr, bu bizim günahımız olmayacaq. Adi şəraitdə İranın belə bir planı yoxdur”, – deyə nazir bildirib.

Paylaş

 Xəbəriniz olsun