İran silahlı qüvvәlәri: Tәyyarә sәhvәn vurulub

  • Space TV
  • 11 Yanvar 2020 10:10

İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulub.

SPACE TV bildirir ki, bu, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir. Bu barәdә Trend ISNA-ya istinadәn mәlumat verib.

Bәyanatda bildirilir ki, İranın İraqda ABŞ hәrbi bazasına hücum vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb.

Bәyanata әsasәn, İranın havadan müdafiәsi İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirib.

Bәyanatda qeyd olunur ki, İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә İran xalqı və vətəndaşları həlak olan ölkələrin xalqından üzr istәyir vә aparılan islahatlar bir daha belә hadisәnin baş vermәsini qeyri-mümkün edib.

Paylaş

 Xəbəriniz olsun