İran səhvən vurulan Ukraynaya məxsus təyyarəyə görə təzminat ödəyəcək

  • Space TV
  • 22 Dekabr 2020 15:57

İran beynəlxalq standartlara uyğun olaraq Tehran yaxınlığında səhvən vurulan Ukraynaya məxsus təyyarəyə görə təzminat ödəyəcək.

“RİA Novosti”nin məlumatına görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabia deyib.

“Vətəndaşlığa görə ayrıseçkilik edilmədən beynəlxalq normalara uyğun olaraq kompensasiya ödənilməlidir”, – deyə o bildirib.

Rabia əlavə edib ki, təzminat səhvən vurulmuş təyyarə ilə bağlı qanuni icraatı və cinayət məsuliyyətini ləğv etmir.

Paylaş

 Xəbəriniz olsun