İran səhiyyə nazirinin müavini İrəç Hərirçi özündə koronavirus infeksiyasının (COVID-19) aşkar edildiyini bildirib.
SPACE TV xəbər verir ki, bu barədə məlumatı nazir özü yayıb.
Onun sözlərinə görə, ötən gün bədəninin temperaturu qalxıb və analiz verib.
Nazir əlavə edib ki, bu gün analizlərin nəticəsinə əsasən yeni koronavirus təsdiqlənib:
“Mən özümü hazırda təcrid etmişəm. Ümumilikdə vəziyyətim yaxşıdır. İşləri telefon vasitəsi ilə idarə edirəm”.