İran səfirliyinin binasında tüstülənmə

  • SpaceTV
  • 9 Dekabr 2019 18:04

İranın Azərbaycandakı səfirliyinin binasında tüstülənmə olub. 

SPACE TV-in əldə etdiyi məlumata görə, səfirliyin binasında təmir işləri aparılıb.

Axşam saatlarında isə binada yüngül tüstülənmə olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda baş verən tüstülənmənin qarşısının alınması istiqamətində işlər görülür.

İlkin məlumatlara görə, tüstülənməyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Paylaş

 Xəbəriniz olsun