İran parlamentinin deputatı qripdən öldü

  • Space TV
  • 29 Fevral 2020 14:28

İranın Gilan əyalətində fevralın 21-də baş tutan XI çağırış parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək vəfat edib.

SPACE TV xəbər verir ki, yeni seçilən iranlı deputatın qripdən öldüyü haqda məlumat yayılib.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyə kimi 34 nəfər həyatını dəyişib, 388 nəfər bu virusa yoluxub.

Xatırladaq ki, İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar parlament iclaslarını əlavə məlumat verilənədək tətil edib.

Parlament deputatlarının hər biri koronavirusa görə müayinə olunub. 290 parlament üzvünün 30-nun müayinəsinin nəticəsi açıqlanıb. Onların dördündə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq.

Paylaş

 Xəbəriniz olsun