İran parlamentariləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yoxlama fəaliyyətlərini məhdudlaşdırmağa çağırış ediblər.
Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın MAQATE-dəki nümayəndəsi Mixail Ulyanov danışıb.
Buna səbəb kimi nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsi hadisəsi göstərilib.
“Motivlər aydındır, ancaq emosiyalar hər zaman düzgün qərarı tapmağa yardım etmir”, – deyə Mixail Ulyanov bildirib.