İran neft hasilatını artırmağa hazırlaşır

  • Space TV
  • 7 Dekabr 2020 12:15

İran neft hasilatını artırmağa hazırlaşır və bu, İranın ABŞ-ın Cozef Baydenin prezidentliyi dövründə ölkəyə qarşı tətbiq olunan sanksiyaların bir hissəsini yüngülləşdirəcəyinə dair ümidlərinin əlamətidir.

Spacetv.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi İran Prezidenti Həsən Ruhaninin rəsmi saytına istinadən yazıb.

Agentliyin məlumatına görə, bəyanatda Tehranın yaxın üç ayda mövcud güclərə uyğun olaraq neft istehsalı və ixracı üçün neft sənayesində ehtiyatlar və avadanlıq hazırlamaq üçün tədbirlər görəcəyi bildirilir.

Ruhaninin sözlərinə görə, 2015-ci ildə İranla ABŞ və Avropa arasında müqavilə bağlandıqdan sonra ölkə xaricə neft satışını gündəlik 2 milyon barelə qədər artırıb. “Neft hasilatını sürətlə artırmağa hazırıq”, – o deyib.

Xatırladaq ki, İran və beynəlxalq danışıqçılardan ibarət “altılıq” 2015-ci ilin iyul ayında İran atomunun uzun müddət davam edən probleminin həllinə dair tarixi razılığa gəliblər. Bir neçə ay davam edən danışıqlar BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İrana qarşı daha əvvəl tətbiq olunan iqtisadi və maliyyə sanksiyalarını tamamilə ləğv edən Birgə Hərtərəfli Fəaliyyət Planının qəbul edilməsi ilə yekunlaşıb. Razılaşma həmçinin özündə beş il ərzində silah embarqosunun İrandan götürüləcəyini, bu müddətdə isə silah tədarükünün ancaq BMT Təhlükəsizlik Şurasının icazəsi ilə edilə biləcəyini ehtiva edir.

Paylaş

 Xəbəriniz olsun