İran Kanadanın bütün nümayəndələrinə viza verib

  • SpaceTV
  • 14 Yanvar 2020 10:14

İran, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqda iştirak edən və həlak olanların yaxınlarına yardım göstərməli olan bütün Kanadalı mütəxəssislərə və diplomatlara viza verib.

SPACE TV-in məlumatına görə, bunu Kanadanın Xarici İşlər Naziri Fransua-Filip Şampan öz “Twitter” səhifəsində bildirib.

Yanvarın 11-də Kanadanın Baş Naziri Justin Trud, Bazar günü Kanadanın İran vizası alan ilk nümayəndələrinin Tehrana gələcəyini açıqlamışdı.

Ottava bir qədər əvvəl 10 diplomat və Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının iki nümayəndəsi daxil olan işçi qrupu yaratmışdır. Nazirin sözlərinə görə, həmin qrup həlak olanların ailələrinə konsulluq xidmətləri göstərəcək, fəlakət qurbanlarını müəyyənləşdirməydə və istintaqda iştirak edəcəklər.

Paylaş

 Xəbəriniz olsun