İran inqilabının 41illiyi qeyd olunub

  • SpaceTV
  • 13 Fevral 2020 16:32

Tədbirdə rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Əvvəlcə  Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.Səfir Cavad Cahangirzadə İranın inqilabdan ötən 41 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif sahələrdə uğurlar qazanıldığını diqqətə çatdırıb.İran – Azərbaycan münasibətlərindən danışan diplomat deyib ki, iki ölkə arasında dostluq  və  qardaşlığa, ortaq dini, mədəni və tarixi bağlara əsaslanan əlaqələr gündən-günə inkişaf edir, əbədidir və hazırda ən yüksək səviyyədədir. Dövlət başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm dayaq olub.Daha  sonra  baş  nazirin müavini Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Prezident İlham Əliyev və Azərbaycan hökuməti adından səmimi-qəlbdən təbrik edib. Qeyd edib ki, ötən dövrdə İran uğurlu və sürətli inkişaf yolu keçib.Şahin Mustafayev qeyd edib ki, İran İslam Respublikası Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını qınayan ilk ölkələrdəndir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində İranın nümayiş etdirdiyi ədalətli mövqe ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin ruhuna tam uyğundur.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun